LinE - Leader in Education
TƏDRİS METODİKASI

LinE Leader in Education-nın tədris metodikası bütün tələbələr üçün ünsiyyət zamanı özünəgüvən üzərində qurulub. Öyrənilmiş materialın praktikada tətbiqinə və dərslərdə xoş mühit yaradılmasına xüsusi fikir verilir. Tədris prosesi həm effektiv, həm də maraqlı keçməlidir. Əlavə və multimedia materialları tədris prosesini genişləndirir, kommunikativ metodikaya yardımçı olur. Bizim kurslar qrammatikanın əsas bazası üzərində danışıq qabiliyyətini inkişaf etdirir. İngilis dilinin danışıq proqramı CEF Ümumavropa  standartlarına (Avropa Şurasının qəbul etdiyi ingilis dilinin bilik sistemi) uyğundur. Bu da bilik prosesini qiymətləndirməyə imkan verən, bütün dünyada qəbul olunmuş sistemdir.

-

Niyə LinE

?


-    Siz şirkətimizin çoxillik təcrübəsinə və qazandığımız ada etibar edə bilərsiniz.
-    Bütün yaşda olan tələbələrə İngilis, Rus, və Azərbaycan dili kurslarını təklif edirik.
-    Siz özünüzə uyğun kurs seçə bilərsiniz: danışıq kursu, işgüzar İngilis dili və xarici imtahanlara hazırlıq kursları.
-    Biz özünü təsdiq etmiş akademik metodlarla yanaşı, müasir kompyuter texnologiyalarından istifadə edirik.
-    Tələbələrin rahatlığı üçün mütəmadi olaraq qruplar təşkil olunur.
-    Dil səviyyənizi müəyyən etmək üçün pulsuz testdən keçmək təklif olunur. Ödənişsiz sınaq dərsində iştirakınızla  LinE Leader in Education kurslarının rahatlığını hiss edib, metodika ilə tanış olaraq, müəllim və tələbələrlə ünsiyyət qura bilərsiniz. Tələbələr hər mərhələnin sonunda  testdən keçir və bununla da CEF Ümumavropa standartlarına uyğun səviyyələrini təstiq etmiş olurlar.
-    Bizim müəllimlər öz peşələrini sevən və tələbələrə istədiyi nailiyyətləri qazanmaqda kömək edən ixtisaslaşmış mütəxəssislərdir. Təcrübəli yerli müəllimlərlə yanaşı şirkətimizdə xarici müəllimlər də təhsil prosesində iştirak edir.